İsrail əsgərləri 5 fələstinlini yaraladı

  • By admin
  • 11 Avqust 2017 11:24

04

İsrail əsgərləri işğal altındakı Ramallah şəhərinin şimalında yerləşən Beyt Rima diyarına təşkil etdiyi basqında 5 nəfər fələstinlini yaralayıblar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, İsrail əsgərləri Beyt Rima diyarına basqın edərək 5 nəfərfələstinlini yaralayıblar. Bədənlərinin müxtəlif nahiyələrindən güllə yarası alan yaralılar dərhal Selfit Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti barədə açıqlama verilmir.

Qeyd edək ki, Beyt Rima diyarına basqın edən İsrail əsgərlərinə qarşı fələstinlilər daş və boş şüşələrlə qarşılıq veriblər.

Anar

Gununsesi.info