İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində açdığı atəş nəticəsində biri azyaşlı olmaqla iki fələstinli həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Report xəbər verir ki, İsrail hərbçilərinin Əl-Xəlil şəhərində açdığı atəş nəticəsində 17 yaşlı Əhməd Yaği və 31 yaşlı İbrahim əl-Titi həlak olub.
Bununla da, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri və yəhudi mühacirlər tərəfindən həyata keçirilən hücumlarda həlak olan fələstinlilərin sayı 305-ə çatıb.
Gununsesi.info