İsrail əsgərləri yanlışlıqla bir-birilərinə atəş açıdı

  • By admin
  • 09 Oktyabr 2023 14:05

İsrail ordusu Livan sərhədi yaxınlığındakı Cəlil Qarbi bölgəsində əsgərlərinin səhvən öz əsgərlərinə atəş açması nəticəsində 4 nəfərin yaralandığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, İsrailin rəsmi xəbər agentliyi KAAN-ın ordu sözçüsünə əsaslanaraq verdiyi məlumata görə, Cəlil Qarbi yaxınlığındakı yəhudi qəsəbəsində xidmət edən İsrail qüvvələri nəzarət məntəqəsinə sürətlə yaxınlaşan avtomobilə atəş açıb. Sonradan məlum olub ki, hərbi maşının içərisində olan şəxslər İsrail ordusunun əsgərləridir. Yüngül yaralanan İsrail əsgərləri müalicə üçün xəstəxanaya aparılıb.

Bazar günü İsrail Şeba Farms bölgəsində “Hizbullah”ın qurduğu çadırı silahlı pilotsuz təyyarə ilə bombalayıb.

Həmçinin İsraildə yerləşən “Yediot Ahronot”un xəbərinə görə, bazar günü İsrail qüvvələri Qəzza sərhədi yaxınlığındakı Aşdod şəhərində bir avtomobilə atəş açıb. İsrail qüvvələrinin dayanma xəbərdarlığına əməl etməyən və Qəzza yaxınlığından İsrailin mərkəzi hissələrinə getmək istəyən avtomobildə həlak olan şəxsin İsrail vətəndaşı olduğu ortaya çıxıb.

Səid Əhmədli
Gununsesi.info