İsrail əsgərlərinin bu hərəkəti etirazlar doğurdu – ŞOK GÖRÜNTÜLƏR

  • By admin
  • 11 Noyabr 2023 09:40

Sosial mediada yayılan İsrail əsgərlərinin görüntüləri etirazlar doğurub. İordan çayının qərb sahilində saxlanılan fələstinlilərdən “canlı qalxanı” kimi istifadə edilib.

Gununsesi.info xəbər verir ki, sosial mediada paylaşılan görüntülərə görə, İsrail hərbi maşınları və əsgərləri yerdə oturan “gözləri bağlı” fələstinlinin arxasına sığınaraq, əsgərlərdən biri silahını bir qrup fələstinliyə doğrultub.

Fələstinli fəallar sosial media hesablarında sözügedən görüntünü paylaşaraq vəziyyətə reaksiya veriblər.

Hadisə şahidləri həmçinin bildiriblər ki, hadisə dünən səhər saatlarında Hebron yaxınlığındakı əl-Favvar qaçqınlar düşərgəsində baş verib.

Şahidlərin sözlərinə görə, İsrail ordusu düşərgəyə basqın edərək, çoxlu fələstinlini saxlayıb. Basqına reaksiya verən fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma yaranıb.

Gununsesi.info