İsrail 10 ölkəyə qadağa qoydu

  • By admin
  • 20 Dekabr 2021 09:24

İsrail hökuməti vətəndaşlarına 10 ölkəyə getməyi qadağan edib. Buna səbəb koronavirusun yeni ştamı “Omicron”un yayılmasının qarşısını almaqdır.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin də adı olan ölkələr sırasına İngiltərə, İtaliya, Belçika, Almaniya, Macarıstan, Portuqaliya, Kanada və İsveçrə daxildir. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, çərşənbə günündən etibarən bu ölkələrə səyahət qadağan ediləcək.

HTML tutorial

Qadağan olunmuş ölkələrdən qayıdan bütün israillilər, o cümlədən peyvənd olunmuş və sağalmış şəxslər ən azı 7 gün karantində qalacaq. Xarici vətəndaşların isə bəzi hallar istisna olmaqla ölkəyə buraxılmayacağı açıqlanıb.

Qeyd edək ki, bugünə qədər İsraildə ümumilikdə “Omicron” ştamına yoluxan 134 nəfər qeydə alınıb.  Onlardan 86-sı xaricdən qayıdan sərnişinlərdir.

Gununsesi.info