
İsrail 2007-ci ildən sonra ilk olaraq Beyt Hanun (Erez) sərhəd mənətəqsindən avtomobillərin Qəzzaya girişinə razılıq verəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Cəmiyyət işlər üzrə nazirliyin təmsilçisi Mühəmməd əl-Mukadimə məlumat verib. Onun sözlərinə görə, İsraillə aparılan gərgin müzakirələrdən sonra Bayt Hanun sərhəd məntəqəsindən avtomobillərin Qəzzaya girişi ilə bağlı razılığa gəlinib: “Artıq bir neçə gündən sonra Bayt Hanun sərhəd keçid məntəqəsindən Qəzzaya giriş reallaşacaq”.
Gununsesi.info