İsrail ABŞ-dan daha 25 “F-35” qırıcısı alacaq

  • By arzu
  • 02 İyul 2023 16:59

İsrail ABŞ-dan daha 25 “F-35” qırıcısı almağa qərar verib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunacaq əlavə 25 təyyarə ilə İsrail Hərbi Hava Qüvvələrindəki “F-35”lərin sayı 75-ə çatacaq”, – məlumatda qeyd edilib.

 

Gununsesi.info