İsrail “Anadolu” agentliyinin binasını atəşə tutdu - TÜRKİYƏDƏN SƏRT REAKSİYA /VİDEO

  • By admin
  • 05 May 2019 13:27
İsrail ordusu, abluka altındaki Gazze Şeridi’nde Anadolu Ajansı ofisinin de bulunduğu binaya hava saldırısı düzenledi. İsrail savaş uçakları, en az 5 roketle düzenlediği hava saldırısı sonucu bina tamamen yıkıldı. ( Ali Jadallah – Anadolu Ajansı )

İsrail ordusu Qəzzada “Anadolu Agentliyi”nin ofisinin yerləşdiyi binanı havadan atəşə tutub.

Gununsesi.org  xəbər verir ki, agentlik işçilərinin vəziyyətlərinin yaxşı olduğu, hücum zamanı hər hansı insan tələfatı ilə bağlı dəqiq məlumat olmadığı bildirilir.

Qeyd edilir ki, İsrail ordusu Qəzzadan atılan raketləri əsas göstərərək ötən gündən başlayaraq bölgəyə hava hücumu təşkil edib. Hücum zamanı 1 uşaq, 1 hamilə olmaqla, 3 fələstinli ölmüş, azı 12 nəfər isə yaralanmışdı.

Fələstin hökuməti baş verənlərlə bağlı “AA ofisinin hədəf alınması, şahidlərin uzaqlaşdırılmasına cəhddir və İsrailin Qəzzaya yönələn qətliamlarına hazırlıqdır” açıqlamasını yayıb.

Prezident Rəcəb Tayyip Ərdoğan isə Anadolu Agentliyinin idarə heyətinin sədri Şenol Kazancıya zəng edib.

Türkiyə XİN-i açıqlamasında İsrail hücumuna qarşı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.