İsrail ordusu razılaşmanın 5-ci günündə Livanla atəşkəsi ən azı 10 dəfə daha pozub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bir çox rayonlardan partlayış səsləri eşidilib.
Livanın rəsmi xəbər agentliyi NNA-nın xəbərinə görə, ölkənin cənubundakı Xiyam qəsəbəsinə 4 top mərmisi düşüb.
Mərcayun düzü ilə Hıyam qəsəbəsi arasındakı dağ evlərindən birinə də top mərmisi düşüb.
O cümlədən Hıyam qəsəbəsində də güclü partlayış baş verib və İsrailin bəzi ev və binaları partlatmaq üçün hücuma keçdiyi təxmin edilir.
Livanın cənubunda, xüsusilə Sur bölgəsindəki Yarun və Marun şəhərləri ətrafında da partlayış səsləri eşidilib.
Qeyd edək ki, İsraillə Livan arasında atəşkəs razılaşmasının imzalandığı ilk gündən 27 noyabrda başlayan pozuntular ilk üç gündə 38 dəfə təkrarlanıb.
İsrail ordusu ötən gün 24 qanun pozuntusuna yol verib.
Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərşənbə günü, noyabrın 27-də yerli vaxtla saat 04:00-da qüvvəyə minib.
Razılaşmanın ikinci maddəsində “İsrail Livandakı mülki, hərbi və ya dövlət hədəflərinə qurudan, dənizdən və ya havadan heç bir hərbi hücum həyata keçirməyəcək” deyilir.
Orxan Saffari