İsrail aviasiyası Qəzza zolağında məscidlərdən birinə zərbələr endirib

İsrail ordusunun blokada altındakı Qəzza zolağında kütləvi bombardmanları 21 gündür ki, davam edir.

Gununsesi.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Qəzza zolağının qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsindəki Əl-Əbyad məscidinə İsrailin hava hücumu nəticəsində ölən və yaralananlar var. Raket zərbəsinə məruz qalan Əl-Əbyad məscidi dağıdılıb.

İsrail aviasiyası Xan Yunus şəhərində, Əş-Şati qaçqın düşərgəsində və Qəzzanın digər bölgələrindəki yaşayış binalarına da hücum edib.

Gununsesi.info