Fevralın 9-da İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə Qəzza bölgəsinə zərbə endirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Fələstin səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedr bildirib: “Hava zərbəsi Fələstinin Misir ilə sərhədində yerləşən Rəfaf şəhərinin yaxınlığındakı tunelə endirilib. Nəticəsində 2 nəfər fələstinli 24 yaşlı Husam əs-Sufi və 38 yaşlı Məhəmməd Ənvər əl-Əqra həlak olub, 5 nəfər isə yaralanıb”.
Qeyd edək ki, israillilər Misir sərhəddindəki tunelləri onların regionda silah qaçaqmalçılığı üçün istifadə edildiyini bəhanə edərək, tez-tez bombalayırlar.
Anar
Gununsesi.info