İsrail Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradır

  • By admin
  • 01 İyul 2022 19:31

Azərbaycanda İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Mərkəzi yaradılır.

Gununsesi.info xəbər verir ki, İsrailin Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Technion” Universiteti 3 il ərzində 1 000-dən çox azərbaycanlı mütəxəssis hazırlayacaq.

Mərkəzdə tədris ingilis dilində həyata keçirilməklə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları üçün əlçatan olacaq.

Məzunlara “Technion” Universitetinin sertifikatı təqdim olunacaq.

Gununsesi.info