İsrail Baş naziri Hizbullaha xəbərdarlıq edib

  • By ilhame
  • 07 Yanvar 2024 15:24

İsrail Baş naziri Benyamin Netenyahu (Benjamin Netanyahu) Hizbullah qruplaşmasına xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə hökumətin iclasında danışıb.

Baş nazir söyləyib ki, Hizbullah HƏMAS-ın başına gələn dərsdən nümunə götürməlidir: “Heç bir terorrçu təhlükəsiz deyil. Biz vətəndaşlarımızı qorumaq əzmindəyik. Bu, bizim məqsədimizdir”.

O bildirib ki, İsrail Hizbullahla münaqişəni siyasi yolla həll etməyə də hazırdır: “Lakin adekvat cavab verilməsə, başqa variantlardan istifadə edəcəyik”.

Qeyd edək ki, İsrail dünən Hizbullahın obyektlərini atəşə tutub.

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb.

Gununsesi.info