İsrail BMT Baş Assambleyasının Qəzzada atəşkəslə bağlı qətnaməsini rədd etdi

  • By admin
  • 28 Oktyabr 2023 10:16

İsrailin xarici işlər naziri Eli Koen Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 120 ölkənin səsi ilə qəbul edilən Qəzzada dərhal, davamlı və daimi humanitar atəşkəs tələb edən qətnaməsini “mənfur çağırış” adlandırıb.

Gununsesi.info bildirir ki, Koen X sosial media saytındakı paylaşımında BMT Baş Assambleyasının İsrail və Qəzza arasındakı müharibədə humanitar atəşkəs çağırışına cavab verib.

İsrailin HƏMAS-ı məhv etməyi planlaşdırdığını iddia edən Koen, “Biz BMT Baş Assambleyasının atəşkəs çağırışını birmənalı şəkildə rədd edirik” deyib.

BMT Baş Assambleyasında qəbul edilən qətnamədə 120 ölkə Qəzzada təcili, daimi və davamlı humanitar atəşkəsə çağırıb.

Gununsesi.info