İsrailin Qəzza zolağında BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki məktəbinə endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər həlak olub.
Gununsesi.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail aviasiyası Qəzzanın qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsinə hücum edib.
Minlərlə fələstinlinin evlərini tərk edərək sığındığı Əbu Asidəki UNRWA məktəbinin ətrafı da İsrail təyyarələrinin hücumuna məruz qalıb. Ən azı 5 nəfər İsrailin hava hücumunun qurbanı olub, çoxlu sayda itki var.
Gununsesi.info