İsrail bu hərəkətinə görə Ermənistanı alqışladı

  • By admin
  • 20 Sentyabr 2019 09:12

 

Ermənistanın İsraildə səfirlik açması bu ölkədə böyük məmnunluqla qarşılanıb.

HTML tutorial

Gununsesi.org-un xəbərinə görə, İsrailin Xarici İşlər Nazirliyi Ermənistanın bu addımını alqışlamaqla yanaşı, həm də bəyan edib ki, iki ölkə arasındakı münasibətlər bundan sonra daha yaxşı  inkişaf edəcək.

Qeyd edək ki, İsrailin Azərbaycanda səfirliyinin olmasına, ölkələr arasında münasibətlərin yüksək səviyyəyə çatmasına baxmayaraq, hələ də Azərbaycan bu ölkədə diplomatik nümayəndəliyini yaratmır.

Azərbaycanın buna getməməsi İranın təzyiqləri ilə bağlı olduğu deyilir.

Elmar

Gununsesi.org