İsrail bu turistləri ölkəyə buraxacaq

  • By admin
  • 03 Yanvar 2022 18:04

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bu, “narıncı siyahı”ya daxil olan ölkə turistlərinə şamil olunur. İsrailə səfər etmək istəyən turistlər təyyarəyə əyləşməzdən öncə onlayn-forma doldurmalı, PCR və ya antigen test verməli, həmçinin İsrailə daxil olarkən PCR test verməli və 24 saatlıq və ya PCR testin neqativ nəticəsini alanadək özünütəcridə əməl etməlidirlər.

Vaksinasiya olunmayan və ya COVID-19 keçirməyən əcnəbilər İsrailə buraxılmayacaqlar. Bundan əlavə, “qırmızı siyahı”ya daxil olan ölkə turisləri yalnız Müstəsna hallar üzrə Komissiyadan icazə aldıqdan sonra yəhudi dövlətinin ərazisinə daxil ola biləcəklər.

Gununsesi.info