İsrail çəkisi 53 ton olan bombalar atdı – Qəzza yerlə bir oldu

  • By admin
  • 19 Dekabr 2023 11:08

Oktyabrın 7-dən İsrail blokadada olan Qəzza zolağına hücum etmək üçün ümumi çəkisi 53 ton olan bombalardan istifadə edib və 52 500 yaşayış binasını dağıdıb.

Gununsesi.info xəbər verir ki, bu, İsrailin oktyabrın 7-dən bəri həyata keçirdiyi bombardmanla bağlı Qəzza zolağındakı hökumətin media ofisinin verdiyi məlumatdır.

Məlumatda Qəzza zolağında Fələstin xalqına qarşı hərtərəfli soyqırımın törədildiyi, eksklavın hər kvadratmetrinin İsrail və Amerika qüvvələri tərəfindən bombalandığı qeyd edilir.

İsrailin Qəzza zolağına hücumları nəticəsində ümumilikdə 52 500 yaşayış binası dağıdılıb, 306 500 yaşayış binası qismən zədələnib.

Bundan başqa, İsrailin Qəzza zolağında bombardmanları nəticəsində 126 inzibati bina və 112 məscid tamamilə dağıdılıb, 200 məscid isə qismən zədələnib. Daha 3 kilsəyə ciddi ziyan dəyib, 90 məktəb və universitet tamamilə sıradan çıxıb, 282 məktəb və universitetə ​​isə qismən ziyan dəyib.

İsrailin hücumlarına məruz qalan 22 xəstəxana xidmətdən çıxıb

Xəbərdə deyilir ki, İsrailin hücumları nəticəsində 22 xəstəxana və 53 tibb mərkəzi tamamilə sıradan çıxıb, daha 138 tibb müəssisəsi İsrail ordusunun hücumlarının hədəfinə çevrilib. Bundan başqa, 102 təcili yardım maşını yararsız vəziyyətdə olub.

İsrailin hücumları nəticəsində 300 tibb işçisi həlak olub

İsrailin hücumları nəticəsində 300 tibb işçisi, 32 mülki müdafiə əməkdaşı və 96 media işçisi həlak olub. Xəbərdə deyilir ki, daha 40 tibb işçisi və 8 media işçisi İsrail qüvvələri tərəfindən saxlanılıb.

Bundan əlavə, əsasən uşaq və qadınlar olmaqla 7 min nəfər itkin düşmüş şəxslər siyahısındadır.

Gununsesi.info