İsrail beynəlxalq cinayət məsuliyyətinə cəlb edilir: Hərbi gücdən istifadə edərək cinayətlər törədib

  • By admin
  • 24 Dekabr 2019 09:31

Altı mindən çox silahsız etirazçının İsrail snayperlərinin hədəfinə tuş gəldiyi vurğulanır

Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) İsrailin hərbi cinayətləri ilə əlaqədar olaraq istintaq başlatmaq niyyətində olduğunu açıqlayıb.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, BCM-nin Baş Prokuroru Fatou Bensouda İsrailin kütləvi qətliam, mülki insanları hədəfə almaq, o cümlədən qeyri-mütənasib hərbi gücdən istifadə edərək cinayətlər törətdiyini bildirib.

BMT-nin İnsan Haqları Şurasında yaradılan komissiya da BCM-nin addımını dəstəkləyərək, 6 mindən çox silahsız etirazçının İsrail snayperlərinin hədəfinə tuş gəldiyini vurğulayıb.

Qeyd edək ki, son 10 ay müddətində, təxminən, 6000-dən çox fələstinli İsrail hərbi güclərinin təzyiqlərinə məruz qalıb və əksəriyyəti bu təzyiqlərə dözməyərək dünyasını dəyişib.

Gununsesi.org