
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hücumda bir binanı hədəf alıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə hücum edib.
Təyyarələr yerli vaxtla saat 13:45-də Masro Dummar ərazisindəki binanı hədəfə alıb.
Hücum zamanı iki güclü partlayış səsi eşidilib və hədəf alınan binadan tüstü qalxıb.
İsraildə yayımlanan Kanal 14 televiziyasının verdiyi xəbərdə İsrailin Dəməşqdə həyata keçirdiyi hava hücumunda Fələstin İslami Cihad Hərəkatının qərargahının hədəf alındığı iddia edilib.
Orxan