
İsrail döyüş təyyarələri fələstinlilərə aid 1 evi raketlərlə hədəf alıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, havadan edilən hücum zamanı 3 nəfər qətlə yetirilib, 13 nəfər isə yaralanıb.
Olay Fələstinin Qərbi Şəriə ərazisində baş verib.
Fələstinin Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin və yaralıların sayı təsdiq edilib.
Hücumdan sonra iş makinaları ilə İsrail qüvvələri bütöv kəndə basqın edib. Köçkün düşərgəsini mühasirəyə alıb.
Fələstinin xəbər qaynaqları öldürülənlər arasında 1 nəfər gəncin olduğunu yazır.
Tərcümə: Arzu