İsrail dünyaya ŞAD XƏBƏRİ açıqladı: Koronavirusun dərman tapıldı

  • By admin
  • 05 May 2020 14:42
İsrail alimləri yeni növ koronavirusun müalicəsinin inkişafında böyük bir irəliləyiş əldə edildiyini açıqlayıb.
Gununsesi.orgQaynarinfo-ya sitinadla xəbər verir ki, bu haqda “Yedioth Ahronoth” nəşri məlumat verib. Məlumata görə, bu optimist tədqiqat nəticələri haqda Ness Ziona şəhərində yerləşən İsrail Bioloji Tədqiqat İnstitutunun mütəxəssisləri bildiriblər. Sözügedən hesabat bazar ertəsi ölkənin müdafiə naziri Naftali Bennettə təqdim edilib.
“COVID-19 ilə bağlı axtarışlar zamanı əldə edilən uğurlu vasitə haqda məlumat İsrail Müdafiə Naziri Naftali Bennettə İsrail Bioloji Tədqiqatlar İnstitutuna baş çəkərkən təqdim edilib. Söhbət bu virusa hücum edərək onu xəstənin bədənində zərərsizləşdirə bilən bir monoklonal antiteldən gedir”, – nəşr yazır.
Alimlərin fikrincə, araşdırma qrupunun tədqiqatçıları artıq antitelin hazırlanması mərhələsini geridə qoyublar.
“İndi dərman maddəsini patentləşdirmək və onu kommersiya həcmində istehsal edə biləcək beynəlxalq əczaçılıq şirkətləri ilə əlaqə yaratmaq lazımdır”, – mütəxəssislər bildirib.

Gununsesi.org