
İsrail Fələstinə hücum edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, işğal altındakı bölgələrdə fələstinlilərə yönəlik hücumlarda İsrail ordusu iki nəfəri qətlə yetirib.
Gerçəkləşdirilən basqın zamanı öldürülənlər gənclər olub.
Qərbi Şəriədəki Tulkerem şəhərindəki hücum zamanı İsrail Ordu mənsubları gəncləri evlərində qətlə yetirib.
Ölümlər Fələstində etirazlara səbəb olub.
İsrail əsgərləri son zamanlarda etiraz edən fələstinlilərə qarşı gerçək güllədən istifadə edir ki, bu da öldürülənlərin sayının daha da artmasına gətirib çıxarır.
Təkcə bu il 20-si uşaq olmaqla 11 fələstinli İsrail tərəfindən qətlə yetirilib.