İsrail Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsinə qarşıdır - Gilad Erdan

  • By ilhame
  • 08 Aprel 2024 20:55

“İsrail Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsinə qarşıdır”.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib.

 

Qeyd edək ki, Fələstinin BMT-yə üzv olmaq ərizəsinə dünya qurumunun Təhlükəsizlik Şurası bu gün baxır. Qərar müsbət olarsa, məsələ BMT Baş Assambleyasının iclasına çıxarılacaq.

 

Erdan Fələstinin BMT-yə üzv olması ehtimalını “barbarlıq üçün mükafat” adlandırıb və bildirib ki, ərizə təsdiq olunarsa, Təhlükəsizlik Şurası “terror şurası” adlandırılmalı olacaq.

Gununsesi.info