İsrail Fələstinin vergi gəlirlərindən təxminən 1,9 milyard dollar kəsib -KİV

İsrail hökuməti Fələstinin vergi gəlirlərindən qanunsuz olaraq təxminən 1,9 milyard dollar kəsib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Administrasiyası bildirib.

Maliyyə Nazirliyinin son məlumatlarına görə, İsrail 2023-cü ilin oktyabrından 2024-cü ilin avqustuna qədər 749 milyon dollar çıxarıb.

Qeyd edilir ki, bu məbləğ Qəzzadakı dövlət qulluqçularına, səhiyyə və təhsil kimi digər xidmətlərə ayırıb.

Fələstin deyir ki, İsrail Qəzzaya ödənişləri dayandırmaq üçün “cəza tədbiri olaraq” vəsaiti saxlayır.

İki tərəf arasında 1993 və 1995-ci illərdə imzalanmış Oslo razılaşmalarında nəzərdə tutulduğu kimi, İsrail fələstinlilər adından vergi toplayır.

 

 

Gununsesi.info