
İsrail ordusu gəmilərin Qırmızı dənizə köçürüldüyünü açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb. “Vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq və bölgədə müdafiə səylərinin gücləndirilməsi çərçivəsində dəniz raket katerləri Qırmızı dəniz bölgəsinə gəlib”, – İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında deyilir.
Bir gün əvvəl Yəməndə İranın dəstəklədiyi şiə Ənsarullah (Husi) qüvvələri İsrailə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum etdiyini bildirib.
Öz növbəsində İsrail ordusu Qırmızı dənizdən İsrail ərazisinə atılan raketin tutulması barədə məlumat verib.
2014-cü ilin sentyabrından Səna və Yəmənin bir sıra digər bölgələrinə nəzarət edən İranın dəstəklədiyi husilər ilk dəfə olaraq İsrailə hücumun məsuliyyətini öz üzərinə götürürlər.
Gununsesi.info