İsrail GÖRÜNTÜLƏR YAYDI:  İranın məxfi raket bazasında DƏHŞƏTLİ PARTLAYIŞ

  • By admin
  • 01 Oktyabr 2021 14:32

Xüsusi İsrail kəşfiyyat şirkəti olan “ImageSat International” Tehran yaxınlığındakı məxfi raket bazasında bu həftənin əvvəlində azı iki hərbçinin ölümü ilə nəticələnən partlayışın olduğu obyektin peyk görüntülərini yayımlayıb.

Gununsesi.info  “The Times of İsrael”ə istinadən xəbər verir ki, ötən gün yayımlanan fotolarda sözügedən ərazidə partlayışdan sonra meydana gələn zərərlər nümayiş olub.

Şirkətin məlumatına görə, partlayışdan qısa müddət sonra çəkilən görüntülərdə İnqilab Keşikçiləri Korpusuna məxsus “gizli raket bazası” olan binanın ən azı dörddə bir hissəsinin tamamilə dağıldığını görmək olar. Ehtimal olunur ki, zərbə endirilən obyektə daha çox ziyan dəyə bilər. Qeyd olunur ki, binanın damının bütün konstruksiyası boyu zədələr görünür. Şirkət ərazinin “Shahid Hemmat” Sənaye Qrupu olduğunu təyin edib. Şirkət İranın ballistik raketlər proqramının bir hissəsidir və “Shahab-3”, “Qədr” uzaqmənzilli ballistik raketlərini istehsal edir.

İnqilab Keşikçiləri Korpusu təşkilatın ən az iki üzvünün “araşdırma və öz-özünü təminat” mərkəzində baş verən partlayış nəticəsində öldüyünü açıqlayıb.

Buranın Araşdırma və Özünü Təminetmə Cihad Təşkilatına aid olduğu bildirilir, hansı ki, 2017-ci ildə ABŞ Xəzinədarlığı tərəfindən “ballistik raketlərin araşdırılması və inkişaf etdirilməsi” işinə görə icazə verilib.

Diqqətçəkən başqa bir hadisə isə 2011-ci ildə Tehran yaxınlığındakı yeraltı raket bazasında baş verən partlayışda İnqilab Keşikçiləri Korpusunun raket proqramına rəhbərlik edən general Həsən Tehrani Müqəddəmin və daha 16 yüksək rütbəli zabitin həlak olmasıdır.

Əvvəlcə səlahiyyətlilər 2011-ci il partlayışını bir qəza kimi qiymətləndirdilər. Ancaq sonradan həmin partlayışı İsrail kəşfiyyatının törətdiyi bildirildi.

Gununsesi.info