
İsrail mediası İsrail Səhiyyə Nazirliyinin tibb işçilərinin Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı İşğal olunmuş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası ilə görüşlərini qadağan etdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, İsrail rəsmiləri BMT İnsan Haqları Şurasının 2021-ci ildə yaratdığı araşdırma komissiyasının qərəzli olduğunu iddia edir.
Komissiya araşdırmanın nəticələrini iyunda BMT-nin İnsan Hüquqları Şurasına, oktyabrda isə BMT Baş Assambleyasına təqdim edəcək.
Gununsesi.info