İsrail HƏMAS-ı vurdu

  • By admin
  • 14 Yanvar 2018 10:49


İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbə endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet hücum zamanı əsas hədəfin Misirlə Qəzza arasındakı sərhəddə yerləşən terror infrastrukturunu məhv etmək olduğunu bildirib.

Qeyd edək ki, İsrail sonuncu dəfə Qəzzaya yanvarın 4-də zərbə endirib. Dekabr ayı ərzində İsrail ərazisinə 40 raket buraxılıb. Buna cavab olaraq İsrail HƏMAS-ın 40 hərbi obyektini məhv edib.

Gununsesi.info