İsrail hərbçiləri ilə toqquşmalarda ölən və yaralanan fələstinlilərin sayı artıb – YENİLƏNİB

  • By admin
  • 06 Aprel 2018 21:22

 

Cümə günü Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmada ölən və yaralanan fələstinlilərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli hakimiyyət orqanının nümayəndəsi – Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Kidra bildirib.

O, qeyd edib ki, bu gün İsrail ordusunun güllələri və tətbiq etdiyi qaz nəticəsində 5 fələstinli həlak olub, 900-dən çox insan xəsarət alıb.

“İsrail ordusu ilə toqquşmalarda 5 fələstinlli həllak olub, 922 nəfər xəsarət alıb”, – deyə Əşrəf əl Kidra bildirib.

Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi İrab əl-Fukaha isə xəsarət alanların 218 nəfərinin döyüş güllələrindən yaralandığını xəbər verib.


***19:55

İsrail hərbçilərinin Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350-si yaralanıb.

“Report” “RİA Novosti”ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidr məlumat verib.

Bununla da ötən həftənin cümə günündən başlayan aksiyalarda ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.

Qeyd edək ki, aksiya iştirakçıları İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb ediblər.

 

Gununsesi.info