
İsrail hərbçiləri oktyabrın 7-dən saxlanılan HƏMAS yaraqlılarının sayını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, müharibə başlayandan indiyədək axtarışda olan 1350-dən çox şəxs həbs edilib, onlardan 850-dən çoxu HƏMAS terror təşkilatı ilə əlaqəlidir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib.
İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.
Gununsesi.info