
İsrailin xarici kəşfiyyat xidmətinin Mossad rəhbəri Devid Barni İsrail hərbi kabinetinə Qəzza zolağında müvəqqəti atəşkəs və əsirlərin mübadiləsinə dair saziş layihəsini təqdim edib.
Gununsesi.info xəbər verir ki, İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, Barni müharibə kabinetinə Qəzza zolağındakı bütün israilli məhbusların azad oluna biləcəyi 9 mərhələli saziş layihəsini təqdim edib.
Birinci mərhələdə 35 günlük atəşkəs müqabilində qadınlar, xəstələr, yaralılar və qocalar da daxil olmaqla 35 israilli məhbusun azad edilməsi tələb olunur.
İkinci mərhələ danışıqların davam etdirilməsi üçün atəşkəsin daha bir həftə uzadılmasını nəzərdə tutur. Ehtimal olunur ki, HƏMAS-ın döyüşçü hesab etdiyi əsir və kişilərin azad edilməsi üçün danışıqlar aparıla bilər.
Xəbərdə bu təşəbbüslə İsrail həbsxanalarından azad oluna biləcək fələstinli məhbuslarla bağlı rəqəmlər barədə təfərrüat verilməyib.
HƏMAS-ın Fələstinin tanınmış simalarının azad edilməsini tələb etdiyi, Təl-Əvivin isə daha “aşağı profilli” məhbusların azadlığa buraxılması üçün səy göstərdiyi bildirilir.
Gununsesi.info