İsrail Hələb aeroportunu vurdu

İsrail təyyarələri Hələb beynəlxalq hava limanı yaxınlığına raket zərbələri endirib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yerli vaxtla saat 03:55-də İsrail Aralıq dənizindən Hələb beynəlxalq hava limanı ərazisinə bir neçə raket zərbəsi endirib”, – məlumatda qeyd olunub.

Hücum nəticəsində hava limanına maddi ziyan dəydiyi bildirilib.

 

Gununsesi.info