İsrail və HAMAS arasında razılaşma: 90 fələstinli məhbus azad edildi

  • By Günel
  • 20 Yanvar 2025 08:38

İsrail HAMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib.

Gununsesi.info APA ya istinadən xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

İsrail Həbsxanalar Xidmətinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilən üç israilli girovun müqabilində azad edilib.

Gununsesi.info