İsrail-HƏMAS müharibəsinin 300-cü günündə Avropada fələstinlilərə dəstək nümayişləri

  • By Günel
  • 05 Avqust 2024 10:58

Fransa və İngiltərədə minlərlə insan atəşkəs tələbi ilə Qəzzada insanlar üçün nümayiş keçirib.

7 oktyabr 2023-cü ildə başlayan İsrail-Həmas müharibəsindən 300 gün keçib. Fransanın paytaxtı Parisdə toplanan minlərlə nümayişçi qəzzalılar üçün atəşkəs tələb edib.

Onlar, həmçinin hazırda davam edən Paris 2024 Yay Olimpiya Oyunlarında İsraili boykot etməyə çağırıblar və oyunlarda İsrail bayrağını görməkdən qəzəbləndiklərini bildiriblər.

 

Nümayişçilərin daşıdıqları pankartlarda “İsrailli hərbi cinayətkarlara qarşı sanksiyalar”, “Fələstini xilas et”, “Qəzzada soyqırımı dayandırın”- kimi ifadələr yer alıb.

Filistin bayrakları taşıyan protestocular, Filistin halkına destek amacıyla düzenlenen gösteriler sırasında bankta oturuyor, Paris, 3 Ağustos 2024.

Mitinqə qatılan 59 yaşlı Abdelali Mebarki, “Ruslar oyunlara bayraqsız qatılır, İsrail niyə iştirak etməlidir? Məncə, İsrailin Paris 2024 ilə heç bir əlaqəsi yoxdur”- deyib.

Həmin gün İngiltərənin paytaxtı Londonda da böyük bir izdiham bir araya gələrək Qəzzada atəşkəs tələb edib.

 

Filistinlileri destekleyen göstericiler, Londra, 3 Ağustos 2024.

Londonun mərkəzindəki Hyde Park Corner və Park Lane-də toplaşan nümayişçilər yürüş zamanı İsrailin “qırmızı xətti keçdiyini” simvolizə edən nəhəng bir qırmızı lent açıblar.

 

Qeyd edək ki, İsrail Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMGK) dərhal atəşkəs elan etmə qərarına baxmayaraq, HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra Qəzzada dinc əhaliyə qarşı hücumlarını və qırğınlarını davam etdirdiyi üçün beynəlxalq qınaqla üzləşib.

Xarabaya çevrilən Qəzzanın bir çox bölgəsində qida, təmiz su və dərman əldə etmək, hələ də çox çətindir.

İsrail Cənubi Afrikanın iddiası çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsində də (ICJ) soyqırımda ittiham olunur.

Məhkəmə Baş nazir Netanyahu administrasiyasının mayın 6-da işğaldan əvvəl bir milyondan çox fələstinlinin sığındığı ölkənin cənubundakı Rəfah şəhərindəki fəaliyyətini dərhal dayandırmağa qərar vermişdir.

 

Günel Həsənova

Gununsesi.info