İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda şiə Hizbullah hərəkatının səhra komandirini öldürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalında məlumat verilib.
“İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Bazuriya bölgəsində terrorçu Əli Nazih Abed Əlini məhv edib”, – İsrail ordusu bildirib.
Onun hərəkatın Cənub Cəbhəsinin terror fəaliyyətlərində iştirak etdiyi, müxtəlif terror aktları planlaşdırdığı və həyata keçirdiyi qeyd olunur.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyada şiə Hizbullah hərəkatının bazalarına üç reyd keçirib.
İsrail təyyarələri Suriyanın qərbində yerləşən Homs əyalətinin Əl-Quseyr şəhəri yaxınlığında zərbələr endirib.
Yer hədəflərinə endirilən zərbələrdən sonra onların yerində yanğınlar yaranıb.
Şəbnəm
Gununsesi.info