
İsrailin hökuməti Fələstinin HƏMAS qruplaşması ilə atəşkəs razılaşmasının təsdiqinə səs verib.
Gununsesi.info xəbər verir ki, “Times of Israel”in məlumatına görə, cümə günü təhlükəsizlik kabineti razılaşmaya xeyir-dua verib.
İsrail baş nazirinin ofisi hökumətin razılaşmanı təsdiqlədiyini bildirən bəyanat yayıb. İsrail mətbuatının məlumatına görə, 24 nazir atəşkəsin lehinə, 8-i isə əleyhinə səs verib.
Razılaşmanın ilk, 42 günlük mərhələsində 33 girov azad edilməlidir.
İndi İsrail hökuməti razılaşmanı təsdiqlədikdən sonra sazişin əleyhdarları fələstinli məhbusların azadlığa buraxılmasına qarşı Ali Məhkəməyə müraciət edə bilərlər, baxmayaraq ki, məhkəmə müdaxilə etməyəcək.