
Knesset Gabi Aşkenazinin Xarici İşlər naziri postuna namizədliyini təsdiqləyib.
Gununsesi.org İsrail Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir ki, G. Aşkenazi ölkəsinin yeni Xarici İşlər naziri kimi işə başlayıb.
Aşkenazi 2019-cu ildən Knessetdə “Mavi və Ağ” partiyasının təmsilçisidir.
General-leytenant G. Aşkenazi 2007-ci ildən 2011-ci ilədək İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.
Gununsesi.org