İsrail ilk dəfə AÇIQLADI: HƏMAS-a mesaj – “Razılaşa bilərik”

  • By admin
  • 13 Noyabr 2023 08:46

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS-ın əlində olan israilli girovları azad etmək üçün “razılaşa bilərlər”.

Gununsesi.info xəbər verir ki, İsrailin müdafiə naziri Qalant girovların ailələri ilə görüşüb. Qalant girovları hər vasitə ilə xilas etməkdə qərarlı olduqlarını və bunun razılaşma və ya əməliyyatla ola biləcəyini söyləyib.

HƏMAS-ı uzun illərdir tanıdığını və buna qarşı ancaq hərbi təzyiq etməklə mübarizə apara biləcəklərini bildiyini qeyd edən Qalant, “Bizim müharibə üçün bir cədvəlimiz yoxdur. Girovlar azad olunana qədər davam edəcəyik”, – deyə o bildirib.

Qalant bu açıqlama ilə HƏMAS-ın saxladığı məhbusların azad edilməsi üçün ilk dəfə razılaşmanın mümkünlüyündən danışıb.

Gununsesi.info