İsrail illərdir onu axtarır: HƏMAS-ın kölgə liderinin FOTOları üzə çıxdı

  • By admin
  • 07 Yanvar 2024 12:06

İsrailin “ən çox axtarılanlar” siyahısında birinci yerdə olan və Qəssam briqadaları tərəfindən oktyabrın 7-də həyata keçirilən hücumların təşkilatçısı HƏMAS-ın kölgə liderlərindən biri olan Məhəmməd Deyfin yeni fotoları ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, haqqında çox az şey məlum olan Deif bir fotoşəkildə əlində bir yığın ABŞ dolları, digər fotoşəkildə isə saatına baxaraq əlində plastik fincan tutarkən görünür.

İsrailin aparıcı media qurumlarından biri olan “Yedioth Ahronot”un saytında bu şəklin 2018-ci ildə çəkildiyi iddia edilib.

Digər tərəfdən, “Maariv” media orqanı İsrail ordusunun Deyfin heç bir dəstəyə ehtiyacı olmadan, yüngülcə axsadığına dair sübuta malik olduğunu iddia edib.

7 oktyabr 2023-cü ildə Qəssam briqadaları tərəfindən həyata keçirilən hücumun əsas təşkilatçısı olduğu düşünülən Deyfin həyatı boyu ən azı 7 sui-qəsd cəhdindən sağ çıxdığı ifadə edilib.

2014-cü ildə ona edilən sui-qəsddən son anda xilas olan Deyf həmin hücumda həyat yoldaşını, körpə oğlunu və 3 yaşlı qızını itirib. Deyfin 2021, 2001, 2002, 2003 və 2006-cı illərdə sui-qəsd cəhdlərinə məruz qaldığını bildirən İsrail mediası Deyfin 2006-cı ildə ayaqlarını itirdiyini iddia edib.

Gununsesi.info