İsrail insan qətl etməyə davam edir: 3 fələstinli öldürüldü

  • By admin
  • 05 May 2023 17:48

İşğalçı İsrail gücləri Fələstində qətliamlarına davam edir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qərbi Şəriədə yerləşən Nablus şəhərində evə basqın edən İsrail qüvvələri 3 fələstinlini qətlə yetirib.

Fələstinli bəzi qruplar bu ölümlərə etiraz edib.

Fələstin iqtidarı ölümlərlə bağlı açıqlama verib:

“Gərginliyin davam etdirilməsi bölgədə qəzəbə yol açacaq”.

Digər tərəfdən, İsrail əsgərləri işğal altındakı Qərbi Şəriədəki “bıçaqlı hücumu” bəhanə edərək 26 yaşlı fələstinli İman Odeh adlı qadını öldürüb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info