İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki Tulkarm bölgəsində antiterror əməliyyatı keçirir.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalında məlumat verilib.
Bildirilib ki, İsrail Müdafiə Qüvvələri, İsrail Təhlükəsizlik İdarəsi (İSA) və İsrail polisi hazırda Tulkarm bölgəsində antiterror əməliyyatı aparır.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Kaffin şəhəri yaxınlığında terror aktı törətmək üçün yola çıxan avtomobildə olan 5 terrorçunu hədəf alması ilə bağlı məlumat yayıb.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyada şiə Hizbullah hərəkatının bazalarına üç reyd keçirib.
İsrail təyyarələrinin Suriyanın qərbindəki Homs əyalətinin Kuseyr şəhəri yaxınlığında zərbələr endirdiyi iddia edilir.
İsrail Hərbi Hava Qüvvələri Suriya və Livan sərhədində yerləşən Seyid Əli kəndinə də hücum edib.
Şəbnəm
Gununsesi.info