İsrail İrana qarşı hərbi əməliyyata başlayıb

Yanvarın 29-na keçən gecə İsrailin İranda hərbi əməliyyata başladığı barədə məlumatlar yayılıb.

Bu barədə Gununsesi.info “Al Arabia” telekanlına istinadən xəbər verir.

Yaxın Şərq media mənbələri və müxtəlif hesablar şəhərlərdə və hərbi bazalarda partlayışlar, hava hücumları, təyyarələrin uçuşu və üsyançıların fəaliyyəti ilə bağlı məlumatlar yerləşdirir. İsrail hakimiyyəti hərbi əməliyyat barədə rəsmi açıqlama verməyib. Rəsmi İran da hücum barədə məlumat verməyib.

Sosial mediada yayılan xəbərlərə görə, pilotsuz təyyarələr Təbrizdə dronlar fabrikini, İsfahanda dronlar fabrikini və Mallarddakı ehtiyyat hissələrinin anbarını bombalayıb. Jurnalistlərin fikrincə, “hərbi əməliyyatın məqsədi İranın hərbi sənayesini məhv etmək olacaq”.

Məlumatlara görə, hücum və partlayışdan sonra hərbi obyektə dəymiş ziyan cüzidir.

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info