“İsrail İranla Suriya arasında hər hansı dəhlizin yaranmasına imkan verməyəcək” - LİBERMAN

  • By admin
  • 08 Sentyabr 2017 17:54

aviqdor_liberman

İsrail bütün imkanlardan istifadə edərək İranla Suriya arasında hər hansı dəhlizin yaranmasına imkan verməyəcək.

Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla İsrailin müdafiə naziri Aviqdor Liberman çıxış edib.

Öz “facebook” səhifəsində bu barədə yazan israilli nazir bəyan edib ki,  İsrail Tehranla Dəməşq arasında şiə dəhlizinin yaranması ilə heç cür barışa bilməz və bütün imkanalrdan istifadə edib bunun qarşısını almağa çalışacaq: “Bizim düşmənlərimizə İsrailin təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı hərəkətə, hətta belə bir niyyətlərinə imkan verməyəcək və bunun qarşısı qətiyyətlə alınacaq”.

Gununsesi.info