
“Qəzzadan atıldığı iddia edilən raketlərin arxasından “İslami Cihad” hərəkatı çıxarsa, liderlərini hədəf alacağıq”.
Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Aviçay Adrae deyib.
O, dekabrın 29-da Qəzzadan atılan raketlərlə bağlı araşdırmanın tamamlandığını bildirib.
“Araşdırmanın nəticəsində cümə günü atılan raketin ötən il noyabrın 30-da “İslami Cihad” tərəfindən Qəzzanın şimalından atılan raketlərə bənzədiyi məlum olub. Bu, eyni zamanda Həmasın “İslami Cihadı” nəzarət altında saxlamaqda nə qədər çətinliklə qarşılaşdığını göstərir”, – İsrail ordusunun sözçüsü qeyd edib.
Qeyd edək ki, İsrail ordusu dekabrın 29-da Qəzzadan atılan 3 raketdən 2-sini “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi ilə zərərsizləşdirib. Üçüncü raketlə bağlı məlumat verilməyib.
Raket hücumuna görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Gununsesi.info