İsrail İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti ABŞ-a çatdırıb -The Washington Post

İsrail Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə məsuliyyəti ABŞ-a gizli şəkildə çatdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.

Məlumata görə, Haniyyənin ölümündən dərhal sonra yəhudi dövləti ABŞ rəhbərliyinə qətlə görə məsuliyyətin onun üzərinə düşdüyünü bildirib.

Nəşrdə qeyd edildiyi kimi, Amerika səlahiyyətliləri bu xəbəri Qəzza zolağında “atəşkəsin təmin edilməsinə yönəlmiş aylarla davam edən səylərin pozulması” kimi qiymətləndirərək “təəccüb və qəzəblə” qəbul ediblər.

Dövlət katibi Antoni Blinken çərşənbə günü deyib ki, Birləşmiş Ştatlar və müttəfiqləri İsrail və İrana aydın siqnal göndəriblər ki, heç biri gərginliyi daha da artırmamalıdır.

O, vurğulayıb ki, ABŞ-ın yəhudi dövlətinin təhlükəsizliyini təmin etmək öhdəliyi “sarsılmaz olaraq qalır”.

Qəzza zolağında gərginliyin növbəti mərhələsi HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümü və Livanın Hizbullah təşkilatının hərbi qanadının komandirlərindən biri Fuad Şokrun Beyrutda öldürülməsindən sonra baş verib.

İran, HƏMAS və Hizbullah hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.

 

 

Afət

Gununsesi.info