İsrail İspaniya konsulluğunun fələstinlilərə xidmət göstərməsini qadağan edib

İsrail Xarici İşlər Nazirliyi İspaniya konsulluğunun fələstinlilərə xidmət göstərməsini qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, İsrailin xarici işlər naziri İsrael Katz Madridin Fələstin dövlətçiliyini tanımaq qərarından sonra İspaniyanın Qüdsdəki konsulluğuna fələstinlilərə xidmət göstərməsini qadağan edib.

“İspaniyanın İsraildəki missiyası ilə fələstinlilər arasındakı əlaqəni kəsmək və Qüdsdəki İspaniya konsulluğunun İordan çayının qərb sahilindən fələstinlilərə xidmət göstərməsini qadağan etmək qərarına gəldim” – deyə bildirilib.

Nazir bu addımın İspaniyanın Fələstini tanıması və İspaniya baş nazirinin müavininin Fələstini çaydan dənizə qədər azad etmək çağırışına cavab olaraq atdığını vurğulayıb.

Xatırladaq ki, mayın 22-də Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq qərarını açıqlayıb.

Əvvəlcə onlar Yaxın Şərqdəki münaqişə həll olunmayana qədər bunu etmək niyyətində olmayıblar. Lakin sonra qərara gəlinib ki, sülh müqaviləsinin imzalanması yaxınlaşdırmağa kömək edəcək.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev Fələstinin üç Avropa ölkəsi tərəfindən tanınmasını qiymətləndirib.

 

 

 

Şəbnəm

Gununsesi.info