İsrail kəşfiyyatı Ağ Evi gizlin dinləyib - VAŞİNQTON VƏ TEL-ƏVİV ARASINDA NÖVBƏTİ QALMAQAL

  • By admin
  • 13 Sentyabr 2019 19:53

“Politico” nəşri ABŞ təhlükəsizlik orqanlarının yüksəkvəzifəli rəsmilərinə istinadən dərc etdiyi məqalədə 2017-ci ildə Vaşinqtonun mərkəzində telefon və qısa mesajları izləyən sistemin ortaya çıxarıldığını iddia edib.

Gununsesi.org xəbər verir ki, xəbərdə ABŞ təhlükəsizlik orqanlarının apardığı tədqiqat nəticəsində sistemin İsrail agentləri tərəfindən yerləşdirildiyi müəyyən edilib.

HTML tutorial

“Bu sistem qəti şəkildə ABŞ prezidenti Donad Trampı izləmək üçün fəaliyyət göstərirdi” – “Politico”ya müsahibə verən təhlükəsizlik orqanı əməkdaşı belə deyib.

Tramp Ağ Evin bağçasında jurnalistlərə verdiyi konfransda İsrailin son iki ildə Ağ Ev və Vaşinqtondakı strateji obyektlərin ətrafına dinləmə cihazlarını yerləşdirməsi, onu və komandasını dinləməsi barədə iddiaya belə cavab verib:

“Bunun doğru olduğuna inanmıram, amma hər şey mümkündür”.

İsrail xarici işlər naziri Katz da iddiaları rədd edib. İsrail və ABŞ kəşfiyyatının birgə fəaliyyət göstərdiyini qeyd edib.

İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti ətrafındakı şəxslərin mobuil telefonlarının dinlənmədiyini qeyd edərək, ABŞ-a qarşı kəşfiyyat fəaliyyətini qadağan etdiyini bildirib.

“Təlimat verdim: ABŞ-a qarşı heç bir kəşfiyyat rabitəsi qurulmayacaq, casusluq edilməyəcək.

 

Gununsesi.org