Livanın cənubundakı Əl-Adisa sərhəd kəndində İsrail ordusu ilə Hizbullah arasında hərbi toqquşma baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Hizbullah hərəkatı məlumat yayıb.
“Döyüşçülərimiz səhər saatlarından Hallet əl-Mahaferdən Əl-Adisa şəhərinə girməyə cəhd edən İsrail piyada dəstəsi ilə qarşılaşıblar”, – məlumatda deyilir.
Hizbullah iddia edib ki, İsrail ordusu itkilər səbəbindən geri çəkilməyə məcbur olub.
“Əl Cəzirə” telekanalının məlumatına görə, Əl-Adisa şəhərinə daxil olan İsrail komandosu mühasirəyə düşüb.
Toqquşmalar nəticəsində İsrail ordusunun 2 hərbçisi həlak olub, 18 nəfər yaralanıb.