Gununsesi.info İsrail mediasına istinadən xəbər verir ki, Livandan İsrailin şimalına onlarla raket atılıb.
Məlumata görə İsrail son 17 ilin ən irimiqyaslı raket zərbəsinə məruz qalmaqdadır. “Dəmir qübbə” zərbələrin qarşısını almaqda çətinlik çəkən İsrailə, 10 dəqiqə ərzində 100-dən çox raket atıldığı bildirilir.
Eyni zamanda İsrail də Livanın cənubundakı yaşayış məntəqəsinin kənarına cavab zərbələri endirib.
İsrail radiosu xəbər verir ki, Livandan atılan raketlərin sayı 30-a yaxındır. Baş nazir Netanyahu təcili təhlükəsizlik toplantısı keçirir.
Bu arada Hizbullah da xəbər yayıb ki, İsraili bombalamağa hazır vəziyyətdədirlər.
Şəbnəm
Gununsesi.info